Bank Of Baku

Ermənistan tomat idxalını dayandırıb, məhdudiyyət Aİİ ölkələrinə də şamil ediləcək

Ermənistan tomat idxalını dayandırıb, məhdudiyyət Aİİ ölkələrinə də şamil ediləcək
# 30 iyul 2026 11:48 (UTC +04:00)

Ermənistan hökuməti tomat pastasının idxalına müvəqqəti qadağa tətbiq edib.

"Armanian news" xəbər verir ki, müvafiq qərar bu gün keçirilən hökumət iclasında qəbul olunub.

Qərara əsasən, qadağa 6 ay müddətində qüvvədə olacaq. Məhdudiyyət Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə də şamil ediləcək.

Hökumət qərarın tomat pastası idxalı ilə məşğul olan şirkətlər və yerli xammaldan məhsul istehsal edən müəssisələr üçün bərabər rəqabət şəraitinin yaradılması, həmçinin pomidor tədarükü prosesinin tənzimlənməsi məqsədi daşıdığını bildirib.

Qeyd olunub ki, Ermənistan mənşəli karantin məhsullarının ixracı və tranzitinə tətbiq edilən məhdudiyyətlər nəticəsində meyvə-tərəvəz, o cümlədən istixana pomidorunun ixrac həcmi azalıb. Nəticədə əvvəllər ixrac olunan istixana pomidorlarının əhəmiyyətli hissəsi daxili bazarda satılır ki, bu da açıq sahələrdə yetişdirilən pomidorlara tələbatın azalmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR