Bank Of Baku

Paşinyan: Bazar günü hökumət istefa verəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 30 iyul 2026 12:48 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bazar günü hökumət istefa verəcək.

"Armenpress" xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında çıxışı zamanı deyib.

"Bu, hökumətimizin son iclasıdır. Bazar günü istefa verəcəyik", – deyə o bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan parlamentinin IX çağırışının formalaşdırılması ilə əlaqədar hökumət istefa verəcək.

"Bundan sonra Ermənistan Prezidenti parlament çoxluğunun irəli sürdüyü namizədi Baş nazir təyin edəcək. Bu, hökumətimizin bu tərkibdə son iclasıdır", – deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR