Lavrov: Rusiyaya Ukraynaya dair ikinci sammitin keçirilməsi ilə bağlı hər hansı müraciət daxil olmayıb

Lavrov: Rusiyaya Ukraynaya dair ikinci sammitin keçirilməsi ilə bağlı hər hansı müraciət daxil olmayıb
# 24 iyun 2024 20:43 (UTC +04:00)

Moskvaya Ukrayna üzrə ikinci sammitin çağırılması ilə bağlı hər hansı müraciət daxil olmayıb.

APA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun xarici işlər naziri Sergey Aleyniklə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“İkinci konfransın keçirilməsi ilə bağlı elan edilən planlardan danışarkən bircə onu deyə bilərəm ki, bizə heç bir müraciət daxil olmayıb”, - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR