Bank Of Baku

Overçuk: Moskva Ermənistandan Cənubi Qafqaz Dəmir Yolunun konsessiyası ilə bağlı rəsmi bildiriş almayıb

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk

© APA | Rusiya Baş nazirinin müavini Aleksey Overçuk

# 06 avqust 2026 19:14 (UTC +04:00)

Moskva Cənubi Qafqaz Dəmir Yolunun konsessiyasının dayandırılması ilə bağlı İrəvandan rəsmi bildiriş almayıb.

APA xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, ictimai müstəvidə müxtəlif təkliflər səslənir, lakin Rusiya əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır.

“Biz bu məsələləri məsləhətləşmələr və dialoq rejimində həll etmək tərəfdarıyıq”, - Overçuk deyib.

O xatırladıb ki, 2026-cı ilin yanvarında Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə əlaqəni təmin edən iki hissəsinin yenidən qurulması ilə bağlı qərarlar qəbul edilib.

Overçuk qeyd edib ki, Rusiya bu sahələrin bərpasında iştirak etməyə hazır olduğunu elan etdikdən dərhal sonra Baş nazir Nikol Paşinyan Moskvanın iştirakının Ermənistanı rəqabət üstünlüklərindən məhrum etdiyini söyləyib.

O, həmçinin, vurğulayıb ki, Rusiya Dəmir Yolları ilə bağ olmadan Ermənistanın xarici dünya ilə tam əlaqəsinin necə təmin olunacağını qiymətləndirmək çətindir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR