Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ailədaxili zorakılıq problemi ilə bağlı ictimai açıqlamalarından sonra ünvanına təhdidlər aldığını bəyan edib.
"Armenpress" xəbər verir ki, Anna Akopyan bildirib ki, hüquq-mühafizə orqanları buna yol verməməlidir.
“Ümid edirəm ki, dövlət qurumları buna imkan verməyəcək. Çünki ölkənin birinci xanımına qarşı zorakılıq baş verərsə, bu, Ermənistanın nüfuzuna ciddi zərbə vuracaq”, – deyə o vurğulayıb.
Ermənistan Baş Prokurorluğundan artıq faktla bağlı araşdırmalara başlanıldığı bildirilib.
Lakin istintaqın maraqları nəzərə alınaraq, əlavə təfərrüatlar açıqlanmayıb.