Bank Of Baku

Peskov Baltikyanı ölkələr üçün yaxşı bir şey proqnozlaşdırılmadığını deyib

Kremlin sözçüsü Dmitri Peskov

© APA | Kremlin sözçüsü Dmitri Peskov

# 08 iyul 2026 14:15 (UTC +04:00)

Kreml Litvanın nüvə silahlarının yerləşdirilməsinə icazə verən qanun layihəsini nəzərdən keçirmək qərarını görməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Baltikyanı ölkələr üçün yaxşı bir şey proqnozlaşdırılmadığını söyləyib.

Peskov vurğulayıb ki, nüvə silahlarının yerləşdirilməsi Baltikyanı ölkələrin təhlükəsizliyinə əlavə töhfə verməyəcək, əksinə, Rusiyanı əks tədbirlər görməyə məcbur edəcək.

"Düzünü desəm, bu, yeni məlumatdır. Mən bunu əvvəllər eşitməmişəm. Bilirik ki, Finlandiya da oxşar qərar verib. Baltikyanı ölkələr də yəqin ki, oxşar qərar vermək üçün Finlandiyadan sonra yarışacaqlar. Yəqin ki, belə bir qərar verən ölkələrin gözləntilərinin əksinə olaraq, bu onları daha təhlükəsiz etməyəcək. Əksinə, bu onlar üçün təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq, çünki maraqlarımızı qoruya bilməyimiz üçün belə ölkələrə qarşı əks tədbirlər görüləcək", - Kremlin sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR