Bank Of Baku

Peskov: Moskva Trampın Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi ideyasını yaxşı təşəbbüs hesab edir

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

© APA | Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

# 15 sentyabr 2026 14:32 (UTC +04:00)

Moskva ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi ideyasını yaxşı təşəbbüs hesab edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Donald Trampın Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi haqqında bəyanatını görüb, Moskva həmişə dinc həll yollarının tərəfdarıdır.

Peskov qeyd edib ki, neft emalı zavodlarının təhlükəsiz işləməsinin təmin edilməsi qlobal neft məhsulları bazarının problemlərini həll etmir.

O, əsas problemin məhsulların ixracına qoyulan məhdudiyyətlər olduğunu söyləyib:"Enerji təchizatına qarşı sanksiyaların aradan qaldırılması qlobal bazarı neft məhsulları ilə doyuracaq və qiymətləri aşağı salacaq. Rusiya daxili bazarı neft məhsulları ilə təmin edə biləcək. Hazırda enerji obyektlərinin təhlükəsizliyini təmin etmək üçün hərtərəfli işlər görülür".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR