“Yerləşdiyimiz coğrafiyada baş verən proseslər bizi narahat etməyə bilməz”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Yaxın Şərqdə olan vəziyyət, münaqişənin genişlənmə potensialı, Türkiyə-Azərbaycanın ata biləcəyi addımlar və həlli üçün fikir mübadiləsi aparılıb.