Rusiya XİN: Moskva yaxın vaxtlarda İranla əməkdaşlıq müqaviləsi imzalamağa hazırdır

Rusiya XİN: Moskva yaxın vaxtlarda İranla əməkdaşlıq müqaviləsi imzalamağa hazırdır
# 25 iyun 2024 06:11 (UTC +04:00)

Rusiya tərəfi yaxın vaxtlarda İranla hərtərəfli əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir.

APA “RIA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Rudenko bildirib.

Onun sözlərinə görə, sazişin mətni üzərində işlər yekunlaşmaq üzrədir.

Diplomat qeyd edib ki, hazırda iki ölkə üçün əsas vəzifə bu cür sənədlərin imzalanması ilə bağlı müəyyən prosedurları başa çatdırmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR