Rusiyanın Saratov vilayətində qaz kəməri partlayıb - VİDEO

Rusiyanın Saratov vilayətində qaz kəməri partlayıb - VİDEO
# 15 iyun 2024 17:45 (UTC +04:00)

Rusiyanın Saratov vilayətində qaz kəmərində partlayış baş verib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, qaz kəmərində baş verən partlayışdan sonra böyük yanğın başlayıb.

İlkin məlumata görə, anomal istilər səbəbindən qaz kəmərində germetizasiya baş verib, alovla müşayiət olunan yanğın başlayıb.

Hadisə şahidlərinin teleqram kanallarına yerləşdirdiyi görüntülərdə alovun məşəlinin 5 metr hündürlüyə çatdığı bildirilib.

Yanğın nəticəsində tələfatın olmadığı qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR