Bank Of Baku

“Qalx, Ermənistan” hərəkatı vətəndaşları İrəvanın mərkəzindəki aksiyaya qoşulmağa çağırır

“Qalx, Ermənistan” hərəkatı vətəndaşları İrəvanın mərkəzindəki aksiyaya qoşulmağa çağırır
# 28 iyul 2015 13:33 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Qalx, Ermənistan” vətəndaş hərəkatının Şurasının bəyanatında deyilir.

 

Bəyanatda qeyd olunur ki, vətəndaş cəmiyyəti xalqın əleyhinə olan rejimə qarşı dinc mübarizədə polisin qeyri-qanuni əməllərinə tabe ola bilməz. Bu üzdən hərəkat üzvləri meydanın mərkəzində oturaq aksiya keçirməkdə israrlıdır.

 

“Hakimiyyətin anti-xalq siyasətinin əleyhinə olanları etiraz aksiyamıza qoşulmağa çağırırıq. Vətəndaşların fəal iştirakı polis qüvvələrini mühasirəyə götürmək üçün imkan yaradacaq. Bu isə vətəndaşların qələbəsinin bünövrəsi ola bilər”, - deyə bəyanatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR