Bank Of Baku

Lukaşeviç: “DTİHB-in ünvanına səsləndirilən ittihamlar obyektivdir”

Lukaşeviç: “DTİHB-in ünvanına səsləndirilən ittihamlar obyektivdir”
# 11 dekabr 2015 08:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” nəşrinə müsahibəsində Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

 

“Təkcə Rusiya deyil, digər ölkələr də ATƏT/DTİHB ünvanına tənqidlər səsləndirir.  Qurumun qərəzli yanaşması və dialoqa getməməsinin sonuncu bariz nümunəsi Azərbaycanda keçirilən seçkiləri müşahidə etməkdən imtinası olub. DTİHB Azərbaycan tərəfinin nisbətən az sayda müşahidəçi göndərmək təklifi ilə əlaqədar seçkiləri müşahidə etməkdən imtina edib”, - deyə o qeyd edib.

 

A. Lukaşeviç bildirib ki, qurumun ünvanına səsləndirilən ittihamlar obyektiv xarakter daşıyır: “ATƏT-in icra strukturunun tərkib hissəsi olan Büro muxtar təşkilat kimi fəaliyət göstərir. Onun fəaliyyəti ilə bağlı çoxlu suallar yaranır. Müqayisə üçün deyim ki, son 3 il ərzində DTİHB MDB ölkələrinə təxminən 7 min, Avropa İttifaqı ölkələrinə isə 200-dən artıq müşahidəçi göndərib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR