Bakı-APA. ABŞ hökuməti Ukraynaya 7,5 milyon dollar həcmində əlavə humanitar yardımın ayrılması barədə qərar qəbul edib.
APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin mətbuat xidməti açıqlama yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, bununla böhran başlayandan indiyədək ABŞ tərəfindən Ukraynaya ayrılan humanitar yardımın məbləği 69 milyon dollara çatacaq.
Humanitar yardıma tikinti materialları, ərzaq malları, tibbi ləvazimatlar, yataq dəstləri və digər zəruri mallar daxildir.