Bakı - APA. Dağıstanın Qimrı kəndində keçirilən antiterror əməliyyatı zamanı iki silahlı öldürülüb.
APA-nın "İnterfax"a istinadən verdiyi xəbərə görə, silahlılar hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərərkən öldürülüb.
Agentlik xəbər verir ki, əməliyyat zamanı bir hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.