Moskva. Fərid Əkbərov – APA. Suriyada kimyəvi silahların beynəlxalq nəzarətə təhvil verilməsi sentyabrın 5-6-da “Böyük 20”-lərin Sankt-Peterburqda keçirilən toplantısında Rusiya və ABŞ prezidentləri arasında müzakirə olunub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, Suriyada silahların beynəlxalq nəzarətə verilməsi təklifinin kim tərəfindən edildiyini isə söyləməyib.
Qeyd edək ki, “Böyük 20”-lərin Sankt-Peterburq sammiti çərçivəsində baş tutan Obama və Putin görüşü mətbuata qapalı keçirilib.