Bank Of Baku

Ermənistanın Avropa Birliyi ilə assosiasiya sazişini paraflayacağına ümid edir

Ermənistanın Avropa Birliyi ilə assosiasiya sazişini paraflayacağına ümid edir
# 10 sentyabr 2013 11:07 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa Birliyi ilə assosiasiya sazişini paraflayacaqlarına ümid etdiyini bildirib. APA-nın xəbərinə görə, nazir bunu Gömrük İttifaqına üzvlük məsələsi ilə bağlı keçirilən qapalı parlament iclasından sonra deyib.

 

E. Nalbandyan AB-yə sədrlik edən Litvanın xarici işlər naziri və AB-nin genişlənmə və qonşuluq üzrə komissarı Ştefan Füle ilə bu mövzuda müzakirə apardığını söyləyib. O bildirib ki, Ermənistan AB ilə bütün mümkün formatlarda sıx əməkdaşlıq qurmaq və Gömrük İttifaqına üzvlük qərarına zidd olmayan istiqamətlərdə AB ilə əməkdaşlığı davam etdirmək istəyir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR