Gürcüstan. Nizami Məmmədzadə-APA. Dünən Gürcüstanın Daxili İşlər Nazirliyinin və Maliyyə Nazirliyinn gəlirlər xidmətinn əməkdaşları Sadaxlı gömrük məntəqəsində odlu silah keçirmək istəyən Ermənistan vətəndaşını saxlayıblar.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki nazirliyin birgə əməliyyat tədbirləri nəticəsində 1947-ci il təvəllüdlü Ermənistan vətəndaşı A. Frunzik saxlanılıb.
Aparılan istintaq nəticəsində məlum olub ki, saxlanılan şəxs Sadaxlı gömrük-buraxılış məntəqəsindən "Valter" sistemli odlu silah və 10 patron keçirib.
Faktla bağlı istintaq tədbirləri aparılır.