Bank Of Baku

Hazırda Türkiyədə olan rusiyalı turistlərin sayı açıqlanıb

Hazırda Türkiyədə olan rusiyalı turistlərin sayı açıqlanıb
# 30 noyabr 2015 14:45 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Hazırda Türkiyədə olan rusiyalı turistlərin sayı açıqlanıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Rosturizm" rəhbəri Oleq Safonov jurnalistlərə açıqlamasında bildirib ki, 30 noyabr tarixinə görə Türkiyədə 919 nəfər rusiyalı turist var:

 

"Daşınmalarda əsas pay çarter reyslərin üzərinə düşür. 24 noyabr tarixinə görə Türkiyədə 9964 Rusiya vətəndaşı olub. Bu turistlərin əksəriyyəti çarter reyslərlə Türkiyəyə gedib. Hazırda Türkiyədə olan 919 Rusiya vətəndaşı yaxın vaxtlarda vətənə dönəcək".
 

Qeyd edək ki, Rusiya hökuməti turizm şirkətlərinə Türkiyəyə səyahət paketi satmağı qadağan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR