Bakı. Türbət Bağırova - APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Çevik Reaksiya Qüvvələrinin “Qarşılıqlı Fəaliyyət-2015” birgə təlimlərinə 2 mindən çox hərbi qulluqçu və 200 ədəd hərbi texnika cəlb ediləcək.
APA-nın “armtoday.info”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Hava Desant Qüvvələrinin rəhbəri Vladimir Şamanov jurnalistlərə açıqlamasında bildirib.
“Təlimlərdə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərbi kontingenti iştirak edəcək. 2 min hərbçidən ibarət kontingent və 200 ədəd hərbi texnika cəlb olunub. Ən kiçik kontingent Tacikistana, ən böyüyü isə Rusiyaya məxsusdur”, - deyə V. Şamanov qeyd edib. Onun sözlərinə görə, Rusiya tərəfdən hərbi manevrlərə 40-dan çox hərbi təyyarə və helikopter cəlb olunacaq.
V. Şamanov Qazaxıstanın təlimlərə radiasiya, kimyəvi və bioloji müdafiə batalyonları göndərdiyini söyləyib.