APA-nın məlumatına görə, bu barədə TASS-a Rusiya FHN-nin Cənub Regional Mərkəzindən bildirilib.
“Yanğın Xolmskaya qəsəbəsində baş verib. Yanğın fərdi evin 60 kv.m. sahəsini əhatə edib. Yanğın lokallaşdırıldıqdan sonra evdə 7 uşaq cəsədi aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.