Bakı. Türbət Bağırova - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini ASEAN ölkələrinin Kuala Lumpurda keçirilən toplantısı çərçivəsində bir araya gəliblər.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, görüşdə Rusiya və Avropa İttifaqı arasında qarşılıqlı münasibətlərlə yanaşı, Ukrayna və Suriyadakı vəziyyət, terrorizmlə və qeyri-qanuni miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub.
Görüş təxminən 2 saat davam edib.