Bakı-APA. Minskdə Ukrayna üzrə təmas qrupunun növbəti görüşü başa çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus XİN-in mətbuat katibi Dmitriy Mironçik bildirib.
“Hazırda işçi alt qrupları və bilavasitə Təmas qrupunun görüşü başa çatıb. Qısa müddət ərzində danışıqlar və qarşıda duran məsələlər barədə müvafiq bəyanat veriləcək”, deyə D.Mironçik qeyd edib.
ATƏT-in danışıqlarda xüsusi nümayəndəsi Martin Saydik isə bildirib ki, danışıqlar avqustun 4-də davam edəcək.