Bank Of Baku

Moskva meriyası Aleksey Navalnının tərəfdarlarının növbəti mitinqinə icazə verib

Moskva meriyası Aleksey Navalnının tərəfdarlarının növbəti mitinqinə icazə verib
# 10 sentyabr 2013 16:40 (UTC +04:00)

Bakı – APA. Moskva meriyası Aleksey Navalnının tərəfdarlarının paytaxtın Bolotnaya meydanında növbəti kütləvi aksiya keçirməsinə icazə verib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, təşkilatçıların müraciətində aksiyanın sentyabrın 14-də 25 min nəfərin iştirakı ilə keçiriləcəyi bildirilib.

 

A. Navalnının seçki qərargahının rəhbəri Leonid Volkov hələlik mitinqin keçiriləcəyi haqda qəti qərarın verilmədiyini söyləyib.

 

Qeyd edək ki, sentyabrın 9-da A. Navalnının tərəfdarları Bolotnaya meydanında mitinq keçiriblər. Onlar mer seçkilərinin ikinci turunun elan olunması tələbini irəli sürüblər.

 

Rəsmi məlumata əsasən sentyabrın 8-d keçirilmiş mer seçkilərində 51,37% səslə Sergey Sobyanin qalib gəlib, A. Navalnı isə 27,24% səs toplayıb. Lakin A. Navalnı S. Sobyaninin inzibati resurslardan istifadə nəticəsində 50 faizlik həddi aşdığını söyləyib və ikinci turun keçirilməsini tələb edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR