Bank Of Baku

Moskvada “İpək yolu” İkinci Beynəlxalq Mədəniyyət Forumu keçirilib - FOTO

Moskvada “İpək yolu”  İkinci Beynəlxalq Mədəniyyət Forumu keçirilib - <span style="color: red;">FOTO
# 14 sentyabr 2015 22:55 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya paytaxtında “İpək yolu”  İkinci Beynəlxalq Mədəniyyət Forumu keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə keçirilən forumda 16 ölkənin, Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak ediblər.

 

Forumun  əsas mövzusu “Əməkdaşlığın inkişafı. Mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin və birgə layihələrin işlənilməsi” olub. Forumun açılışında çıxış edən Rusiya baş nazirinin müavini Olqa Qolodets forumun əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, həm MDB-yə, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin məhz humanitar sahədə bir araya gəlməsi çox uğurlu və perspektivli layihələrin təməlidir.

 

Forumda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun həyata keçirdiyi böyük layihələr barədə məlumat verib. Səfir UNESCO və TÜRKSOY da daxil olmaqla bir sıra təşkilatlarla əməkdaşlıq edən DHƏF-in bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

 

Forumun yekununda dövlətlərarası yeni strukturun - “İpək yolu-Avrasiya Mədəni Əməkdaşlıq Təşkilatı”nın yaradılması haqqında saziş imzalanıb. Forum çərçivəsində Avrasiyadan olan gənc rəssamların “Bizim yolumuz arzularadır” adlı sərgisi də təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR