Bank Of Baku

Moskvada terror aktının qarşısı alınıb - YENİLƏNİB

Moskvada terror aktının qarşısı alınıb - <span style="color: red;">YENİLƏNİB
# 11 oktyabr 2015 21:27 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya paytaxında terror aktının qarşısı alınıb. APA-nın Moskva müxbirinin verdiyi xəbər görə, bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının Strelbişenski döngəsində yerləşən mənzillərin birində keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində paytaxtda terror aktı törətməyi planlaşdıran bir qrup şəxs yaxalanıb.

 

MAK-ın məlumatına görə, saxlanılan şəxslərin gizləndiyi evdə əldəqayırma partlayıcı qurğu aşkar edilib.

 

Antiterror əməliyyatının keçirildiyi yaşayış binasından 80-dən artıq sakin təxliyə olunub.

 

Şahidlərin bildirdiyinə görə, antiterror əməliyyatı Strelbişenki döngəsi ev 5, 3-cü korpusda keçirilib. Bina mühasirəyə alınıb. Hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları araşdırma aparırlar. Binanın ətrafında yanğınsöndürən maşınlar da var.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR