Bank Of Baku

Peterburqda sambo üzrə dünya çempionu Sadiq Kərimov saxlanılıb

Peterburqda sambo üzrə dünya çempionu Sadiq Kərimov saxlanılıb
# 11 dekabr 2015 19:06 (UTC +04:00)

Bakı-APA. Peterburqda tanınmış samboçu Sadiq Kərimov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsinin məlumatında bildirilir.

 

İstintaqa görə, 2012-ci ildə S.Kərimov şəxsiyyəti təyin olunmamış şəxslərlə birgə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl tələb edib. Digər kafedə də onlar başqa şəxslərdən pul tələb edib, sonra isə qanunsuz olaraq BMW markalı avtomobili mənimsəyiblər.

 

Məlumata əsasən, Sadiq Kərimov 2012-ci ildə Azərbaycan yığmasının heyətində döyüş sambosu üzrə dünya çempionu olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR