Bank Of Baku

Poroşenko milli polisin yaradılması haqqında qanunu imzalayıb

Poroşenko milli polisin yaradılması haqqında qanunu imzalayıb
# 04 avqust 2015 15:38 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko milli polisin yaradılması haqqında qanunu imzalayıb.

 

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

 

Sənədi imzalayan Poroşenko qeyd edib ki, ölkədə baş verən dəyişikliklər Ukrayna polisi ilə əlaqələndirilir.

 

Qeyd edək ki, iyulun sonlarında Poroşenko polis rəhbərliyinə xarici vətəndaşın gətiriləcəyini istisna etməyib. O xatırladıb ki, yeni strukturun yaradılması prosesinə  amerikalı mütəxəssislər cəlb olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR