Bank Of Baku

Rusiya prezidenti: Ümid edirik ki, “Su-24” təyyarəsi ilə bağlı baş verən insident bir daha təkrarlanmayacaq

Rusiya prezidenti: Ümid edirik ki, “Su-24” təyyarəsi ilə bağlı baş verən insident bir daha təkrarlanmayacaq
# 27 noyabr 2015 03:44 (UTC +04:00)

Moskva. Fərid Əkbərov -APA. "Ümid edirik ki, “Su-24” təyyarəsi ilə bağlı baş verən insident bir daha təkrarlanmayacaq. Əks təqdirdə bizə heç bir koalisiya lazım deyil". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla görüşünün yekunlarına dair Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

"Biz ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə qarşılıqlı fəaliyyətə hazırıq. Lakin əlbəttə ki, bizim təyyarənin məhv edilməsi, hərbçilərimizin həlak olması kimi insidentlərin baş verməsi tamamilə qəbuledilməzdir. Biz ümid edirik ki, bu bir daha təkrarlanmayacaq. Yoxsa bizə heç kimlə, heç bir koalisiya ilə belə qarşılıqlı fəaliyyət lazım deyil. Bu gün Fransa prezidenti ilə danışıqlarımızın predmeti məhz bu olub. Razılaşdıq ki, yaxın vaxtlarda həm ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərkibində, həm də ikitərəfli formatda əməkdaşlığa dair müzakirələr aparılsın".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR