Bank Of Baku

Rusiyada “Mərkəz-2015” Strateji Komanda Qərargah təlimləri başlayıb

Rusiyada “Mərkəz-2015” Strateji Komanda Qərargah təlimləri başlayıb
# 14 sentyabr 2015 10:00 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Təlimlərə 95 min hərbi qulluqçu, 7 min hərbi texnika və silah-sursat, 170-ə qədər təyyarə və 20 gəmi cəlb olunub. 


Manevrlər çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin hərbi idarəetmə orqanlarının koalisyon qoşun qruplaşmasını idarə etməyə hazırlıq səviyyəsi qiymətləndiriləcək.

 

Praktik fəaliyyətlərin müxtəlif mərhələləri 20 quru, dəniz və aviasiya poliqonlarında, Mərkəz və Cənub hərbi dairələrində keçiriləcək.
 

Qeyd edək ki, “Mərkəz-2015” strateji komanda qərargah təlimləri sentyabrın 20-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR