Bank Of Baku

Nijni Novqorodda altı uşağını, həyat yoldaşını və anasını öldürən şəxs saxlanılıb - FOTOSESSİYA

Nijni Novqorodda altı uşağını, həyat yoldaşını və anasını öldürən şəxs saxlanılıb - <span style="color: red;">FOTOSESSİYA
# 05 avqust 2015 02:07 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Nijni Novqorod şəhərində altı uşağını, həyat yoldaşını və anasını qətlə yetirməkdə şübhəli bilinən Oleq Belov Vladimir vilayətinin Kovrov şəhərində qayınanasının evində saxlanılıb.

 

Bu barədə APA “LifeNews”-a istinadən xəbər verir.

 

“Saxlanılan an Belov evdə olub. Onun orada pusqu qurduğu, yaxud da, sadəcə, gizləndiyi ehtimal olunur”, deyə mənbə bildirib.   

 

Məlumata görə, şübhəli şəxs Kovrovda xüsusi əməliyyat zamanı saxlanılıb. Saxlanılma yerli sakinlər üçün təhlükəsiz yerdə həyata keçirilib. Saxlanılan zaman Oleq Belov sərt müqavimət göstərib və bıçaqla əməliyyatçılara hücum edib. Cinayətkarı zərərsizləşdirmək məqsədilə polis əməkdaşları xidməti silahdan istifadə etməli olublar.

 

Məlumata görə, saxlanılan şəxs hazırda  qarın nahiyəsindən aldığı güllə yarası ilə tibbi müəssisələrin birinə yerləşdirilib.  

 

Oleq Belovun qayınanasının bildirdiyinə görə, kürəkəni ikinci qrup əlil olub və şizofreniya xəstəliyinə görə ruhi-əsəb dispanserində qeydiyyatda olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR