Bank Of Baku

Rusiyada Kosmik Hava Qüvvələri yaradılıb

Rusiyada Kosmik Hava Qüvvələri yaradılıb
# 03 avqust 2015 11:01 (UTC +04:00)

Bakı. Faiq Mahmudov  - APA. Rusiyada Hərbi Hava Qüvvələri (HHQ) və Hava-Kosmik Müdafiə Qoşunlarını (HKMQ) birləşdirilərək Kosmik Hava Qüvvələri (KHQ) yaradılıb.
 

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, yeni struktur özündə raket əleyhinə müdafiə sistemləri və hava hücumundan müdafiə sistemlərini, o cümlədən, hərbi kosmik aparatlarının orbitə çıxarılması və idarə edilməsinə cavabdeh kosmik qüvvələrinin bölmələrini birləşdirir.
 

Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, HHQ və HKMQ-nin birləşdirilməsi yolu ilə Kosmik Hava Qüvvələrinin yaradılması ölkənin hava-kosmik müdafiə sisteminin təkmilləşdirilməsi üçün ən optimal variantdır: “Bu sistemin yaradılması sayəsində qoşunların inkişafı ilə bağlı hərbi-texniki siyasətin formalaşmasına görə bütün məsuliyyət bir əldə cəmlənir, daha sıx inteqrasiya hesabına onlardan istifadənin effektivliyini artır və ölkənin hava-kosmik müdafiə sisteminin davamlı inkişafını təmin etmək imkan yaradır”.


 Qeyd edək ki, Rusiya Kosmik Hava Qüvvələri bu ilin avqustun 1-də fəaliyyətə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR