Bank Of Baku

Serqey Ryabkov: “İranla “S-300” raketlərinə dair müqavilə yaxın vaxtlarda imzalanacaq”

Serqey Ryabkov: “İranla “S-300” raketlərinə dair müqavilə yaxın vaxtlarda imzalanacaq”
# 09 sentyabr 2015 09:37 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İrana “S-300” zenit-raket komplekslərinin göndərilməsi ilə bağlı müqavilə yaxın zamanlarda imzalanacaq”.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov “Russia Arms Expo-2015” sərgisinin açılış mərasimi zamanı bildirib. “İranla bu sahədə heç bir problem yoxdur. Müqavilə imzalanacaq. Bütün siyasi qərarlar artıq qəbul edilib”, - deyə S. Ryabkov söyləyib. O qeyd edib ki, Rusiya tərəfi rəsmi Tehran tərəfindən qaldırılan məhkəmə iddiasının geri çəkilməsini istəyir.

 

Qeyd edək ki, Rusiya və İran 2007-ci ildə “S 300” zenit raketlərinin 5 diviziyasının alqı-satqısı ilə bağlı müqavilə imzalayıblar. Lakin 2010-cu ildə Rusiyanın sabiq prezidenti, hazırkı baş nazir Dmitri Medvedev raket sistemlərinin Tehrana göndərilməsi ilə bağlı qərarı ləğv edib. İran isə müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün Rusiyadan Cenevrə Arbitraj Məhkəməsinə şikayət edib.

 

Xatırladaq ki, bu ilin əvvəlində Rusiya prezidenti Vladimir Putin Tehrana “S 300” raketlərinin göndərilməsi ilə bağlı qadağanı aradan qaldırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR