Moskva. Fərid Əkbərov - APA. "Suriyanın İŞİD-dən neft alması ilə bağlı iddialar həqiqətə uyğun deyil".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Suriya xarici işlər naziri Valid Muallim rusiyalı həmkarı Sergey Lavrova birgə keçirdiyi mətbuat konfransında bildirib.
"İlk dəfə deyil ki, ABŞ dövlət katibi Con Kerri heç bir dəlil-sübut olmadan Suriyanın ünvanına belə ittihamlar səsləndirir. On gün əvvəl Suriyanın neft nazirliyi İŞİD-lə neft alqı-satqısına dair məlumatları təkzib etdi. Bu iddiaların heç bir əsası yoxdur", - deyə o qeyd edib.