Bakı. Türbət Bağırova - APA. Yaponiyanın məişət texnikası istehsalı sahəsində məşhur olan "Toshiba" şirkəti Rusiyadakı bölməsinin fəaliyyətini dayandrmaq qərarına gəlib.
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Toshiba Rus" məhdud məsuliyyətli cəmiyyətinin baş direktoru Xiroaki Tezuka bildirib. O deyib ki, yüksək rəqabət mühiti və rublun kursunun dalğalanması kimi faktorlar bu qərarın qəbul edilməsinə səbəb olub. Baş direktor qeyd edib ki, korporasiya televizor və məişət avadanlıqlarının satışını dayandırıb.