APA-nın verdiyi xəbərə görə, bu barədə “TASS”a Ermənistan höküməti yanında Mülki Müdafiə Baş İdarəsindən bildirilib.
“Oktyabrın 4 və 7-də Türkiyə Silahlı Qüvvələrinin nəqliyyat helikopterləri Ermənistanın hava məkanını pozublar”, deyə qurumdan bildirilib.
Məllumata görə, Ermənistan tərəfinin dispetçerləri türkiyəli həmkarları ilə əlaqə yaradıb. Türkiyə tərəfi hadisənin əlverişsiz hava şəraiti səbəbindən baş verdiyini bildirib.
Məlumata görə, Ermənistanın hava məkanı Armavir şəhəri istiqamətində (İrəvandan 48 km qərbə) pozulub. Türkiyə tərəfi helikopterlərin Türkiyə-Ermənistan sərhədi yaxınlığından, İqdır-Qars marşrutu ilə uçduğunu bildirib.