Bank Of Baku

Ukrayna Donbasda təmas xəttindən 100 mm kalibrdən aşağı silahlı qüvvələrini geri çəkməyə başlayıb

Ukrayna Donbasda təmas xəttindən 100 mm kalibrdən aşağı silahlı qüvvələrini geri çəkməyə başlayıb
# 05 oktyabr 2015 08:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ukrayna bu gün səhər Donbasda təmas xəttindən 100 mm kalibrdən aşağı silahlı qüvvələrini geri çəkməyə başlayıb. APA-nın məlumatına görə, bu barədə Ukraynanın “112” kanalında canlı yayımda  antiterror əməliyyatlarının rəsmi nümayəndəsi Anatoli Stelmax açıqlayıb. O bildirib ki, texnika və silahlı qüvvə 15 km-dən az olmayan məsafəyə kimi uzaqlaşdırılır: “Ümumilikdə bu proses 41 sutka çəkəcək. Həmin müddətdə dislokasiya ərazisinə T-64 və Т-72 tankları və D-48 və D-44 tank əleyhinə silahlar yeridiləcək”.

Xatırladaq ki, 2 oktyabr tarixində Ukrayna prezidenti Pyotr Poroşenko Parisdə “Normandiya dördlüyü” ölkələrinin liderləri ilə danışıqların yekunu olaraq Ukraynanın 100 mm kalibrdən aşağı olan silahlı qüvvələrinin təmas xəttindən geri çəkiləcəyinə söz verib.

Silahlı qüvvələrin 15 km 2 mərhələdə geri əkilməsi ilə bağlı razılaşma ilk dəfə 29 sentyabr tarixində Minskdə paraflanıb. Birinci mərhələ 15 gün, ikinci mərhələ isə 24 gün çəkməlidir.  30 sentyabr tarixində Luqansk və Donetskdəki separatçı rəhbərlik müqaviləyə imza atıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR