Bank Of Baku

Ukrayna MSK-sı Gömrük İttifaqına üzvlüklə bağlı referendum keçirməkdən imtina edib

Ukrayna MSK-sı Gömrük İttifaqına üzvlüklə bağlı referendum keçirməkdən imtina edib
# 17 sentyabr 2013 19:49 (UTC +04:00)

APA-nın “Azadlıq Radiosu”na istinadən verdiyi xəbərə görə, bu gün keçirilmiş iclasda MSK-nın 13 üzvünün hamısı qeyd olunan qərara səs verib.

 

“MSK sədrinin müavini Andrey Maqera bildirib ki, Ukraynanın Gömrük İttifaqına qoşulmasına dair referendumun keçirilməsi üzrə təşəbbüs qrupunun yaradılması zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət olunmayıb”, deyə açıqlamada deyilir.  

 

Açıqlamada qeyd olunub ki, Ukrayna Kommunist Partiyası təşəbbüs qrupunu yaradan toplantı barədə MSK-nı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məlumatlandırmayıb. Həmçinin MSK üzvünün iştirakı olmadan belə bir toplantının keçirilməsinin özünün də qanunvericiliyə zidd olduğu vurğulanıb.      

 

Maqera xatırladıb ki, MSK öz nümayəndəsini sentyabrın 8-də “Spartak” stadionunda baş tutan toplantıya göndərməyib. Buna səbəb sentyabrın 6-da Ukrayna Avropa Partiyasının iddiası əsasında məhkəmənin çıxardığı qadağa olub.  

 

Qeyd edək ki,  Ukraynanın Gömrük İttifaqına qoşulması ilə bağlı referendumun keçirilməsinə  Ukrayna Kommunist Partiyası və “Ukraynanın seçimi” hərəkatı çalışır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR