Bakı-APA. Ukrayna üzrə Təmas qrupu Minskdə keçirilən danışıqlarda Donbasın xüsusi statusuna dair razılıq əldə edə bilməyib.
APA-nın”İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu qondarma Luqansk xalq respublikasının nümayəndəsi Vladislav Deyneqo bəyan edib.
“Donbasın xüsusi statusuna dair məsələ açıq olaraq qalır. Müzakirələr video konfrans rejimində davam etdiriləcək. Ümid var ki, məsələ “ölü nöqtədən” tərpənəcək”, deyə V.Deyneqo bildirib.
Xatırladaq ki, avqustun 3-də Minskdə Ukrayna üzrə Təmas qrupunun növbəti görüşü keçirilib.