Bank Of Baku

Ukraynada Azərbaycan dilli həftəsonu məktəblər fəaliyyət göstərəcək

Ukraynada Azərbaycan dilli həftəsonu məktəblər fəaliyyət göstərəcək
# 30 iyul 2015 00:20 (UTC +04:00)

APA-nın məlumatına görə, bundan başqa vilayətdə növbəti ilin dövlət proqramında burada yaşayan azərbaycanlıların bir sıra layihələrinə baxılacaq. Bunu Nikolayev vilayətinin vitse – qubernatoru Oksana Yanişevska vilayət qubernatorluğunda azərbaycanlı icma rəhbərləri ilə keçirdiyi görüşdə bildirib.

 

Nikolayev vilayətindəki H.Ə.Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə sədri Yunus Əliyev və Nikolayev vilayəti Azsaylı Xalqlar Departamentinin azərbaycanlı sədri Anar Axundov ilə keçirdiyi görüşdə O. Yanişevska bildirib ki, son illər Ukraynada azərbaycanlıların fəallığı ölkənin aparıcı vilayətlərindən olan Nikolayevdə də hiss olunur: “Biz böyük məmnuniyyətlə azərbaycanlıları yerli hökumətdə, dövlət qurumlarında və seçkili orqanlarında görmək istəyirik”.

 

Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü yüksək səviyyədə dəstəklədiyini, iki ölkə arasında strateji əlaqələrin daim yüksək olduğunu, azərbaycanlıların Ukraynanın çətin durumunda daim dəstək olduğunu xatırladan vitse-qubernator bu istiqamətdə diasporun fəaliyyətinin önəmli olduğunu vurğulayıb. Görüşdə Yunus Əliyev Nikolayev vilayətində məşhur 416-cı Taqanroq diviziyasının vaxtı ilə ciddi itki verdiyi yerdə memorial kompleksin ucaldığını xatırladaraq, vilayətdə bu kimi layihələri davam etdirmək istədiklərini bildirib. Vitse-qubernator bu kimi layihələrə məmnuniyyətlə dəstək olacaqlarını bildirib. Daha sonra Y. Əliyev uzun illər onun dəstəyi ilə davam edən, daha sonra ölkədəki vəziyyətlə əlaqədar fəaliyyəti dayanan həftəsonu Azərbaycan dilli orta məktəblərin fəaliyyətinin bərpası məsələsini qaldırıb. O. Yanişeviska növbəti ildən bunun yerli hökumət tərəfindən bərpasına söz verib. Görüşdə azərbaycanlılar ilə bağlı daha bir sıra məsələlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR