Bank Of Baku

Vladimir Putin: "Türkmənlərin müdafiəsi bəhanədir"

Vladimir Putin: "Türkmənlərin müdafiəsi bəhanədir"
# 30 noyabr 2015 20:51 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiyanın düşünməyə əsası var ki, "Su-24" İŞİD tərəfindən neftin Türkiyəyə daşınmasının təhlükəsizliyini təmin etmək üçün vurulub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vlaidmir Putin Parisdə BMT-nin iqlim dəyişikliyi konfransı çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin yekunlarına dair mətbuat konfransında bəyan edib.

 

"Bizim bütün əsaslarımız var ki, təyyarəmizin vurulması barədə qərar Türkiyə ərazisinə neftin daşınması yollarının, limanlara kimi, harada ki, neft tankerlərə boşaldılır, təhlükəsizliyini təmin etmək arzusu ilə diktə olunub", deyə V.Putin bildirib.

 

Vladimir Putin Türkiyə tərəfinin türkmənlərin müdafiə etməsi məsələsini də şərh edib: "Türkmənlərin müdafiəsi isə yalnız bəhanədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR