Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Xidmətinin əməkdaşı Emin İbrahimova həvalə olunub.
APA-nın sorğusuna cavab olaraq bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 13 mart 2023-cü il tarixindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Nazirliyin Təsviri sənət sektorunun müdiri Könül Cəfərovaya həvalə edilmişdi.