Bank Of Baku

Nazir müavini: Kitabxana mütəxəssislərinin attestasiya nəticələrinin statistikası yaxın günlərdə elan ediləcək

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov

© APA | Mədəniyyət nazirinin müavini Fərid Cəfərov

# 28 iyul 2026 12:22 (UTC +04:00)

Kitabxanalarda İT sahələri və İT üzrə mütəxəssislərin qiymətləndirilməsi prosesində 1100 nəfərdən çox şəxs iştirak edib.

APA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı keçirilən brifinqdə bildirib.

“İlkin nəticələr emal olunmaqdadır. Yaxın günlərdə statistika ictimaiyyətə təqdim olunacaq”, - o bildirib.

Nazir müavini həmçinin bildirib ki, kitabxanalarda çalışan bir qrup əməkdaşın attestasiya prosesi yekunlaşıb: “Bu proses onların peşə biliklərinin yoxlanılması, eyni zamanda çalışdığı vəzifəyə uyğunıuğunun qiymətləndirilməsi xarakterini daşıyıb. Bu prosesdə kənd qəsəbə şəhər və rayonlarda çalışan əməkdaşlar iştirak edib. Burada qiymətləndirmə aparılarkən xüsusilə həmin şəxslərin informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərə malik olması nəzərə alınıb. Amma onlar kitabxana əməkdaşı olduğu üçün kitabxana sahəsi ilə bağlı, xüsusilə həm davranış, həm də fəaliyyətlərinin idarə olunması məsələləri qiymətləndirilib. Məsələ yalnız statistika ilə məhdudlaşmır. Daha çox bu sahədə növbəti mərhələlərdə müasir kitabxanalarda fəaliyyət göstərə biləcək əməkdaşlarımızın sayı önəmlidir. Yəni kitabxanalar artıq bütün dünyada olduğu kimi ölkəmizdə də oxucuların tələblərinə uyğun olaraq müasir alətlərə, xüsusilə rəqəmsal alətlərə ehtiyac duyur.”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR