Bank Of Baku

İstiqlal Muzeyində 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə sərgi təşkil olunacaq

İstiqlal Muzeyində 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə sərgi təşkil olunacaq
# 14 oktyabr 2013 08:30 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Oktyabrın 17-də saat 1700-da Azərbaycan İstiqlal Muzeyində 18 Oktyabr - Dövlət Müstəqillik Gününə həsr olunmuş “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” adlı tədbir-sərgi təşkil olunacaq.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə müstəqil Azərbaycanın inkişafını əks etdirən  50-dən çox qobelen, rəsm və heykəltaraşlıq əsərləri nümayiş olunacaq. Bu əsərlərin müəllifləri gənc rəssamlar Aysel Əmirova, Fəridə Süleymanova, Mehriban Şaxtaxtinskaya, Tofiqə Zeynalova, Taleh Mirkazımov, Adilə Qurbanova, Kəmalə Musayeva, Elçin Nəsirov və başqalarıdır.

 

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Rəssamlar İttifaqının tənqid və təbliğ şöbəsinin müdiri, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Nizami rayonunun rəssamlar dərnəyinin rəhbəri, gənc rəssam Aysel Əmirova və başqaları çıxış edəcəklər.

 

Tədbirdə rəssamlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbin kursantları və digər qonaqlar iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR