Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib
# 12 oktyabr 2013 09:07 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Oktyabrın 11-də Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, iclasda Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, bu ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarındakı mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqin nəticələri müzakirə olunub.

 

Kollegiyada çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev II Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələrini yüksək dəyərləndirib. İclasda Bakıda forumun beynəlxalq mərkəzinin yaradılması ilə bağlı lazımi tədbirlərin görülməsi, 2015-ci ilin payızına nəzərdə tutulan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar tədbirlər planının hazırlanması, tədbir çərçivəsində dünya ölkələrinin mədəniyyət və turizm nazirlərinin ikinci görüşünün təşkili məsələləri müzakirə olunub.

 

Bu ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarında mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqlərin nəticələrindən danışan Əbülfəs Qarayev İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri və digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdikləri monitorinqlər zamanı ciddi problemlərin ortaya çıxdığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR