Bank Of Baku

Opera və Balet Teatrında Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək

Opera və Balet Teatrında Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək
# 08 oktyabr 2013 16:39 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın rəhbərliyi tamaşada əsas rollardan birini – Qraf di Luna partiyasını ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Petrovu dəvət edib. 

 

Tamaşada digər əsas rollarda əməkdar artistlər Fəridə Məmmədova (Leonora), Səbinə Əsədova (Azuçena) və Fərid Əliyev (Manriko) çıxış  edəcəklər. Tamaşanı beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev  idarə edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR