Bank Of Baku

Qubada “Yaşıl teatr” istifadəyə verilib

Qubada “Yaşıl teatr” istifadəyə verilib
# 18 sentyabr 2013 14:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş “Yaşıl teatr”ın açılışında iştirak edib. APA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həm respublika, həm də rayon səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə yaradılan teatrın tikintisinə bu ilin əvvəlində başlanılıb. Teatrın tamaşa zalı 1000 nəfərlikdir. “Yaşıl teatr”da ən son texnologiyalara əsaslanan səs və işıq sistemləri qurulub.

 

Prezidentə və xanımına Heydər Əliyev adına parkda inşa olunmuş bayraq kompleksi barədə də məlumat verilib. Bildirilib ki, paytaxt Bakı ilə yanaşı, bölgələrdə yaradılan bayraq meydanları dövlət atributlarına olan sevgi və hörmətin göstəricisidir. Quba rayonundakı bayraq kompleksi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Buradakı bayraq dirəyinin hündürlüyü 78 metrdir.
 

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Uşaq Əyləncə Mərkəzi də inşa edilib. Ümumi sahəsi 480 kvadratmetr olan kafedə yay və qış zalları fəaliyyət göstərəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR