Mətbuat Şurasının qurultayında qurumun sədrinin səlahiyyət müddətinin artırılması barədə Nizamnamə dəyişikliyi qəbul edilib
PA şöbə müdiri Azərbaycan prezidenti İlham Əliyevin qurultaya təbriklərini, salamlarını çatdırıb: “Cənab prezidentin o fikrini də sizə çatdırıram ki, Azərbaycan mediası özünü düzəltmək, inkişaf etdirmək, cəmiyyətimizə layiq jurnalistlərə çevrilmək gücündədir. Bu gücü onlar tapmalıdırlar, biz də dövlət olaraq jurnalistlərin maddi-mənəvi problemlərinin həllində əlimizdən gələni etməliyik”.
Sonra “Azercell Telecom” Birgə Müəssisəsinin rəhbəri Halim Ateş qurultaya təbriklərini çatdırıb. Bunun ardınca Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat məruzəsi ilə çıxış edib. O, jurnalistlərin ötən qurultayından keçən müddət ərzində Şuranın fəaliyyətinə toxunub. Şuranın bu müddət ərzində təşkilatlanma ilə məşğul olduğunu qeyd edən Ə. Amaşov deyib ki, bu səbəbdən nəzərdə tutulan işlərin bir çoxunu həyata keçirmək mümkün olmayıb. O, həbsdə olan jurnalistlərin yaxın vaxtlarda azadlığa buraxılacağına inandığını bildirib, prezidentdən buna yardımçı olmasını xahiş edib: “Həbsdə olan jurnalistlərin azadlığa çıxması Azərbaycanın imicinə müsbət təsir göstərər”. Media mənsublarının sosial problemlərinə toxunan Şura sədri jurnalistlərin bir çoxunun kirayələrdə yaşadığını, maddi durumunun ağır olduğunu qeyd edib.
Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının sədri Mübariz Zeynalov qurumun hesabatını təqdim edəndən sonra məruzə və hesabatlar ətrafında müzakirələr başlanıb. Sonra qurultayın gündəliyində olan növbəti məsələnin - Mətbuat Şurasının Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihənin müzakirəsi başlanıb. Layihədə Mətbuat Şurasının Nizamnaməsinin 3.14 maddəsinin birinci cümləsində “iki ildir” sözlərinin “dörd ildir” sözləri ilə əvəz edilməsi, 3.18 maddənin çıxarılması, 4.11.1 maddəsinin ikinci cümləsində “iki il” sözlərinin “dörd il” sözləri ilə əvəz edilməsi və “dalbadal iki müddətdən artıq olmamaq şərtilə” sözlərinin çıxarılması, 4.12.1 maddəsində ikinci abzasın üçüncü cümləsindəki “bir illik müddətinə” sözlərinin “iki illik müddətinə” sözləri ilə əvəz edilməsi, dördüncü cümlədə “ikinci il” sözlərinin “müddət başa çatdıqda” sözləri ilə əvəz edilməsi, 5.8-ci maddənin sonuncu cümləsində “iki ildir” sözlərinin isə “dörd ildir” sözləri ilə əvəz edilməsi təklif edilib. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Nizamnaməyə dəyişikliyik təklifini müdafiə edərək, məsələnin səsverməyə çıxarılmasını təklif edib. “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov isə Nizamnamə dəyişikliyi barədə danışarkən sədrin səlahiyyət müddətinin iki ildən dörd ilə qədər artırılması təklifinin əleyhinə çıxıb.
Mətbuat Şurası sədrinin müavini Qulu Məhərrəmli də Nizamnamə dəyişikliyinin indiki sədrin daha çox vəzifədə qalmasına xidmət etdiyini deyib, bununla razılaşmayıb. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə Nizamnamə dəyişikliyinin Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcəyini bildirib. O, Azərbaycan Mətbuat Şurasının 2003-cü ildə qoşulduğu Beynəlxalq Mətbuat Şuraları Alyansından daxil olan məktubu təqdim edib və bildirib ki, orada Şuranın Nizamnaməsinə dəyişikliklər edilməsi cəhdi mənfi qiymətləndirilib, hətta Azərbaycanın qurumdan çıxarılmasına gətirib-çıxaracağı qeyd olunub. A. Əliyev onu da deyib ki, qurultayda Nizamnamə dəyişikliyi baş versə də, bu, Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmayınca, şuranın sədri seçilə bilməz.
Mətbuat Şurasının üzvü Zeynal Məmmədli də Şura sədrinin səlahiyyət müddətinin artırılması təklifinin əleyhinə çıxıb.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə Nizamnamə dəyişikliyinin Ə. Amaşovun vəzifədə qalması üçün edilməsi fikirləri ilə razılaşmayıb: “Mətbuat Şurasının Nizamnaməsi “Quran” ayəsi deyil ki, onu dəyişmək mümkün olmasın”.
APA-nın baş direktoru Vüsalı Mahirqızı da təşkilatların qurultayında Nizamnaməyə dəyişiklik edilməsinin və bundan sonra sədrin seçilməsinin mümkün olduğunu, Azərbaycan təcrübəsində bu kimi hallara dəfələrlə rast gəlindiyini deyib. O bildirib ki, qurum sədrinə iki il səlahiyyət verilməsi az müddətdir və bu müddətin artırılması mümkündür. V. Mahirqızı bu dəyişikliyin fərdlərə bağlanmasının da düzgün olmadığını deyib: “Mətbuat Şurasında müxtəlif jurnalist qurumları təmsil olunur. Bəs onlar niyə indiyə kimi qurultay keçirmir, yenidən sədr seçmir. Görəsən, burada Mətbuat Şurasının həmsdərliyi institutunun yaradılması məsələsi gündəlikdə dursaydı, o zaman müzakirələr bu şəklidə keçərdimi?”
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Nizamnamə dəyişikliyinin əleyhinə çıxanların arqumentləri ilə razılaşmayıb, onların şəxsi maraqlarından çıxış etdiklərini deyib.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin nümayəndəsi Rüstəm Kərimli isə bildirib ki, qurultayda Nizamnamə dəyişikliyinin edilməsi və bundan sonra sədrin seçilməsi qanunauyğundur.
Daha sonra Nizamnamə dəyişikliyi ilə bağlı məsələ səsə qoyulub və böyük səs çoxluğu ilə qəbul edilib. Bundan başqa, qurultay iştirakçıları Mətbuat Şurasının fəaliyyətinin “kafi” qiymətləndirilməsi təklifini də dəstəkləyiblər.
Qurultay işini davam etdirir.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Diplomatik korpus Cıdır düzündə olub - FOTO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb
Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
Bayraktar: Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik bağlantısı layihəsi tətbiq mərhələsinə yaxınlaşır
Alparslan Bayraktar: Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir
Xalq artisti Şəfiqə Məmmədova: İttifaq daxilində bir çox çətinliklər və problemlər var
Türkiyənin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycandan Türkiyəyə və beynəlxalq bazarlara ixrac olunan neft-qazın həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub