Yunus Oğuz: “Azərbaycanda siyasi partiyalara ehtiyac yoxdur”
- “Olaylar” brendi vaxtilə Azərbaycanda ən nüfuzlu KİV brendlərindən biri olub. Amma bu gün bunu o qədər də əminliklə demək olmur. Sizcə səbəb nədir?
- O zaman biz müxalifətdə idik. Müxalifətdə də lider olmaq çətin deyil. Bu gün ən çox tirajlı qəzetlər müxalifət mətbuatıdır. Həyata keçirdiyimiz müstəqil siyasət bizim tirajımıza böyük təsir göstərib. Müxalif mövqeyə keçsək, tirajımız “Yeni Müsavat” qəzetindən də artıq olar. Ancaq bizim kursumuz müstəqil siyasət yürüdərək, Azərbaycan dövlətinin maraqlarına xidmət etməkdir. Biz bu kursu bilərəkdən seçmişik.
- Yeri gəlmişkən, o vaxt “Olaylar”la yanaşı, Azərbaycan mətbuatının böyük bir hissəsi də kursunu dəyişdi...
- Bəli, belə bir mərhələ oldu. Bu, sözsüz ki, tiraja da təsir etdi. O vaxt Azərbaycan siyasi səhnəsi də mediası qədər maraqlı idi. Azərbaycan siyasətində Heydər Əliyev kimi nəhəng, Əbülfəz Elçibəy kimi böyük şəxsiyyətlər var idi.
- Hazırkı durumunuz sizi qane edir?
- Vəziyyətimiz normaldır. Heç kəs əbədi olaraq yarışlarda birinci yeri tutmur. 2006-cı ilə qədər “Olaylar” İnformasiya Agentliyi birinci yerdə olub. Açığı durumumuzdan narazı deyiləm. Əgər narazı olsaydım, qapını bağlayıb gedərdim. Qəzetdə tirajın azalmasında isə həm də əlifba dəyişikliyinin rolu oldu. Bu gün “Olaylar” qəzetinin satışı 50 faizdən artıqdır.
- Deyirsiniz ki, bu gün Azərbaycan müxalifətində Əbülfəz Elçibəy ola biləcək lider yoxdur?
- Heç perspektivdə də görünmür. Bunu etiraf etmək lazımdır. Bəzilərinin lider olmaq şansları var idi, amma bunu itirdilər. Düzgün olmayan siyasətləri şanslarına son qoydu.
- Bu şansı reallaşdırmaq üçün nə etmək lazımdır?
- Bu barədə Əbülfəz Elçibəyin sağlığında düşünmək lazım idi. Elçibəyə bənzər xarizmatik bir lider ortaya çıxıb parçalanmanın qarşını almalı idi. Siz təsəvvür edin, bu gün müxalifət mətbuatı daha çox vuruşur, nəinki müxalifət. Mətbuat olmasa müxalifət liderlərinin heç biri görünməyəcək. Bu gün faktiki olaraq müxalifətçiliyi qəzetlər eləyir. Qəzetlər bir həftə çıxmasa, həmin müddətdə müxalifət də olmayacaq. Bu da vəziyyətə çox böyük təsir edir. İndi müxalifət liderlərinin qəzetlərdə çıxan müsahibələri belə oxunmur. Çünki onların nə deyəcəyini hamı bilir. Yəni onlara cəmiyyət tərəfindən dəstək verilmir. İndi cəmiyyət üçün “Azadlıq” qəzeti ilə “Yeni Müsavat” qəzetinin vuruşması daha maraqlıdır.
- Bəs bu vəziyyət nə vaxta qədər davam edəcək?
- Yeni siyasi liderlər yetişənə qədər belə olacaq. Mən bu vəziyyəti təmizlənmə, yerdəyişmə prosesi kimi qiymətləndirirəm.
- Əməkdaşlarınız iş şəraitindən nə dərəcədə razıdır?
- Ən uzunömürlü kollektivlərdən biri “Olaylar” İnformasiya Agentliyindədir. Elə əməkdaşlarımız var ki, 7-8 ildir burada çalışırlar. Agentlikdə orta aylıq əmək haqqı 250-350 manat arasındadır. Ancaq bundan yüksək məvacib alan əməkdaşlarımız da var. Hər mətbuat orqanının öz iş prinsipi, siyasi xətti və maliyyə kursu var. Biz bu məsələləri ayağımızı yorğanımıza görə uzatmaqla müəyyənləşdiririk.
- İnformasiya Agentliyin rəhbəri kimi yeni layihələriniz yoxdur ki?
- Mən öz büdcəmizə uyğun olaraq işi tənzimləyirəm. Buna görə də özümdən nəsə kəşf etmək fikrim yoxdur. Kreditə pul götürüb müəyyən iş görmək olar. Ancaq götürdüyün krediti qaytarmaq məsələsi də var.
- Azərbaycanda beynəlxalq səviyyədə tanınan bir media orqanını yaratmaq üçün nə etmək lazımdır?
- Bu gün Azərbaycanda xarici və yerli şirkətlər tərəfindən reklama 200 milyon dollardan artıq pul ayrılır. Bu vəsaitin yalnız 2 faizi qəzetlərin payına düşür. İndi bu pulla hansı işi görmək olar? Məsələn, APA-nın yayımladığı video görüntü ideyası hər kəsdən əvvəl məndə olub. Müxtəlif insanlara təkliflər də vermişdim. Sadəcə olaraq, həyata keçirə bilmədim. Ancaq bunun kim tərəfindən edilməsinin o qədər də fərqi yoxdur. Əsas odur ki, bu iş reallaşdı. Yəni ideyalarım çoxdur və bunun üçün böyük maliyyə vəsaiti lazımdır.
- Siz həm də partiya sədrisiniz...
- O vaxt Xalq Azadlıq Partiyasının sədri idim. SSRİ-nin tərkibindən çıxıb Azərbaycan dövlətini yaratmaq ideyası ilk dəfə bizim partiyanın məramnaməsində öz əksini tapıb. İndi Milli Vəhdət Partiyasının sədriyəm.
- Siyasi proseslərdə aktiv fəaliyyət göstərməyən partiyanın saxlanılması nə dərəcədə məqsədəuyğundur?
- O zaman partiyaların yaradılması fikir müxtəlifliyinin meydana gəlməsi üçün əsas idi. Məsələn, 1990-cı ildə biz öz partiyamızın Nizamnaməsində azərbaycançılıq ideyasını qoymuşduq.
- Söhbət bu gündən gedir...
- Ona qalsa, gərək bu gün bütün partiyaları bağlayasan. Mən bütün tərəflərdən olan partiyaları nəzərdə tuturam. Faktiki olaraq, bu gün Azərbaycanda siyasi partiyalara, ümumiyyətlə, ehtiyac yoxdur.
- Bəs onda niyə birinci addımı atıb partiyanızı bağlamırsınız? Bu həm də başqalarına nümunə ola bilər...
- Bunun sabahı var. Bu gün hər hansı bir partiyaya ehtiyac duyulmursa, bu o demək deyil ki, sabah da belə olacaq. Biz demokratik ölkədə yaşayırıq. Digər tərəfdən də bizim partiya seçkilərdən-seçkilərə həmişə aktiv olub. Əslində partiyalar seçkilərdən-seçkilərə fəaliyyət göstərməlidir.
- Bu ilin payızında keçiriləcək prezident seçkilərində Milli Vəhdət Partiyası kimi dəstəkləyəcək?
- Həmişə seçkilərdə öz namizədimiz olur. Bu dəfə öz namizədimiz olmasa, kimisə dəstəkləyəcəyik.
- Siz həm də o adamlardansınız ki, Azərbaycanda keçirilən əksər seçkilərdə namizədliyinizi irəli sürürsünüz. Məlum olduğu kimi də heç vaxt da qalib gələ bilmirsiniz...
- Hər döyüşə gedəndə qalib gələcəyini fikirləşən adam əvvəlcədən məğlub olduğunu etiraf etməlidir. Mən əslində təkcə 2005-ci ilin parlament seçkilərində normal iştirak etmişəm. Qatıldığım digər seçkilərdə isə heç namizədliyimi qeydə belə almayıblar. Mübarizədən qalib çıxmaq üçün müəyyən prinsiplərə əməl etməlisən. Məsələn, 2005-ci ilin parlament seçkilərində qüvvələrimin hamısını səfərbər etsəydim, Azərbaycan vətəndaş müharibəsi baş verə bilərdi. Rusiyadan müxtəlif adamlar gəlib bizə kömək təklif edirdilər. Azərbaycan dövlətinin maraqları olan yerdə qarşıdurmaya getmirəm.
- Budəfəki prezident seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?
- İnşallah, qismət olsa. Ancaq bizim gözləmədiyimiz çoxlu situasiyalar çıxa bilər. Mən fikirləşirəm ki, qatıldığım seçkilərin birində nə vaxtsa qalib gələcəyəm. Bütün dünyanın siyasətində belədir. Təəssüf ki, Azərbaycanda seçkidə uduzan adam o saat saxtakarlıq olduğunu bəyan edir. Yəni adamlar özlərində günah görmək istəmirlər. Məsələn, 2005-ci ilin parlament seçkilərində İsa Qəmbər kimi tanınmış siyasi lider, tanınmamış bir opponentinə uduzdu. Onun əlində şikayət etmək üçün bir dənə belə saxtalaşdırılmış protokol olmadı. Yəni seçkilər normal keçdi və Adil Əliyev İsa Qəmbərə qalib gəldi.
- Jurnalistlərin növbəti qurultayında sədr seçilməsi ilə bağlı məsələnin ətrafında ciddi mübahisələr var. Sizin bu məsələyə münasibətiniz necədir?
- Məsələləri qurultay həll edəcək. Amma mən şəxsən Əflatun Amaşovun mövqeyini dəstəkləyirəm. Onun Mətbuat Şurasının yaradılmasında və effektiv fəaliyyətində rolu olub. Biz hamımız kənarda durmuşuq, ancaq Amaşov işləyib. Hesab edirəm ki, o, hələ bir müddət işləməlidir. Mən qurultayda Əflatun Amaşovu dəstəkləyəcəyəm.
- Azərbaycan jurnalistikasının portretini hansı rənglə çəkərdiniz?
- Azərbaycanda iqtidar, müxalifət mətbuatı ilə yanaşı sarı, qara və boz mətbuat da var. Qara mətbuat adətən seçkidən-seçkiyə aktivləşir. Bu cür mətbuat müxalifət qəzetlərinin səyi nəticəsində yaranır. Bundan başqa, “reket jurnalistika”sı ilə məşğul olan boz mətbuat da var. Bu gün Azərbaycan mətbuatının 70-80 faizini boz və qara rənglər təşkil edir. Ancaq bu qədər qarışıq rənglər içərisində az olsa da ağ rəng də var.
- Siz həm də yazıçılıqla məşğulsunuz...
- Jurnalistika ədəbiyyata ciddi mane olur. Bu yaxınlarda “Attila” adlı kitabım çap olunub. Bir neçə aydan sonra isə “Nadir şah” adlı yeni romanım işıq üzü görəcək.
- “Attila”da müxtəlif illərdə yazdığınız şeirləriniz də yer alıb. Yazdığınız şerlərə öz münasibətiniz necədir?
- Bu normal bir haldır. Orada mənim həm zəif, həm də güclü şeirlərim var. Fikirləşmirəm ki, kimsə mən yazdığım kimi dodaqdəyməz yaza bilsin. Yəni orada elə şeirlər var ki, ikinci bir adam onları qələmə ala bilməz. Ancaq poeziyada Bəxtiyar Vahabzadə olmaq iddiasında deyiləm. Sadəcə, bu mənim daxili tələbatımı ödəmək üçün vasitədir.
- Əvvəllər hər adam yazdığını üzə çıxarmırdı. Yəni bu işdə böyük bir mənəvi məsuliyyət var idi. Ancaq indi kim nə yazdı, çap elətdirir...
- Bəli, əvvəllər insanların özünə nəzarət sistemi var idi. Elə mənim içimdə nəzarət sistemi olduğuna görə cavanlıqda yazdığım şeriləri çap etdirməmişəm. Bəlkə də indiyə kimi beş kitablıq şeir yazmışam. Üzə çıxardıqlarım həqiqətən də cəmiyyətə təqdim olunası şeirlərdir. Bir dəfə tanınmış türk sənətçi Əhməd Şəfəqə bir-iki şeir oxudum, dedi: “Sən bu şeirləri çap etdirməməklə, türk dünyasına zülm edirsən”. Ondan sonra şeirlərimi çap etdirmək qərarına gəldim. Zəlimxan Yaqubun yazdığı bir-iki dodaqdəyməzi çıxsaq, Aşıq Ələsgərdən sonra Azərbaycanda dodaqdəyməzi mən yazmışam.
- Özünüzü həyatın bir çox sahələrində sınamısınız. Artıq yaşınız 50-yə yaxınlaşır. Dincəlmək və ya ibadətlə məşğul olmaq fikriniz yoxdur ki?
- Mən böyük həvəslə işləyirəm. Öz istədiyimə çatan insanam. 28 ildir, Azərbaycanda gedən bütün proseslərin içindəyəm. Namaz qılmasam da, Allaha çox inanıram. Hər gün qəzetlərdən qabaq Quranı oxuyuram...

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir