Vüsalə Mahirqızı: “Xoşbəxtəm ki, bacardığım və sevdiyim işlə məşğulam”
Sevinc Osmanqızı:Vüsalə xanım, APA agentliyini yaratmaq ideyası necə yarandı? APA-dan əvvəl qəzetçi idiniz.
Vüsalə Mahirqızı:Bu ideya təxminən 2003-cü ildə meydana çıxdı. Prezident seçkiləri ili idi. Hələ ilin əvvəllərində - o vaxt mən “Xalq Cəbhəsi” qəzetində baş redaktor işləyirdim - informasiya agentliyi yaratmaq barədə ideya irəli sürmüşdüm. Mənə dedilər ki, bu, bir az qeyri-real ideyadır, çünki Azərbaycan mətbuatında artıq möhkəmlənmiş “Turan”, “AzərTAc” kimi informasiya agentlikləri vardı. Amma hiss edirdim ki, informasiya bazarında bir boşluq var. O zaman bu ideya eləcə də qaldı. Sonra iş elə gətirdi ki, prezident seçkilərindən təxminən bir həftə sonra mən “Xalq Cəbhəsi” qəzetindən ayrıldım. İnformasiya agentliyi yaratmaq fikri hələ də ağlımda idi. İnformasiya agentliyinin təsis sənədlərini hazırlamağa başladım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. Bu proses təxminən 4-5 aya kimi çəkdi. Sonra xeyli müddət imkanlar araşdırmağa başladım. APA 2004-cü ilin fevral ayında qeydiyyatdan keçsə də, fəaliyyətə noyabr ayının 16-da başladıq.
Sevinc Osmanqızı : Nəyə görə “Azəri-Press Agentliyi”? Axı, “Azərpress” Agentliyi vardı və fəaliyyət göstərirdi.
Vüsalə Mahirqızı: Bunun maraqlı tarixçəsi var. Açığı, “Azərpress” çox dar çərçivədə fəaliyyət göstərdiyi üçün mənə belə gəlirdi ki, bu agentlik fəaliyyətini dayandırıb, çünki gündəmdə yox idi. Mən də “Frans Press” və s.-ə bənzətmək üçün “Azərpress” adı ilə sənədləri Ədliyyə Nazirliyinə təqdim etdim. Qeydiyyat sənədlərini almağa getdiyim gün Ədliyyə Nazirliyindən mənə zəng edib dedilər ki, sənədlərdə çox ciddi problem çıxıb, çünki “Azərpress” adlı agentlik var və fəaliyyət göstərir. Gəlin, başqa ad tapın. Dedim ki, yeni ad tapsaq, alternativ nə olacaq? Eyni sənədləri yeni adla yenidən toplamaq lazım idi, bu isə mənim üçün çox ağır bir proses idi. Əvvəlki sənədləri toplamağa təxminən 4 ay vaxt sərf etmişdim. Həmin adam təklif etdi ki, “Azərpress”ə “i” hərfi artıraq, “Azəri-Press” olsun. Bu düzəliş mahiyyəti dəyişmirdi və bu adın bazara yeni brend kimi daxil olmasına imkan verirdi. Ona görə fikirləşdim ki, biz ad kimi “Azəri-Press Agentliyi” sözlərinin abreviaturasını götürək - APA. Sənədləri yenidən yığmamaq xatirinə buna razılaşdım və indi agentliyin rəsmi adı - Azəri-Press Agentliyidir.
Mən ixtisasca dilçiyəm. Dilçi kimi bilirəm ki, “Azəri” sözü, əslində doğru deyil. Lakin sırf o dediyim bürokratik əngəlləri yenidən keçməmək üçün agentliyin adının Azəri-Press olması ilə razılaşdım.
Sevinc Osmanqızı: Başlayanda neçə nəfərlə başlamışdınız və indi neçə nəfərsiniz?
Vüsalə Mahirqızı: Başlayanda cəmi 7 nəfər idik. 5 kompüterimiz vardı. Yadımdadır, çox balaca ofisdə, çox kiçik maliyyə imkanları ilə fəaliyyətə başlamışdıq. Sonralar heç kim buna inanmırdı. Mənimlə işləyənlər isə bunu bilirlər. Sonra 4 illik inkişaf yolu keçdik. İndi APA-nın 110 işçisi, 70-dən çox kompüteri, video texnikası, avtomobili, ayrıca studiyaları var. Dünyanın bir çox ölkəsində və respublikanın bütün ərazisində regional bürolarımız fəaliyyət göstərir. Bir neçə fotoqrafımız, operatorumuz var. Çox böyük struktura malikik.
İlhamə Qasımlı : Azərbaycanda iqtisadi-siyasi dəstək olmadan KİV yaratmaq çətindir. Bu faktor sizin fəaliyyətinizdə nə dərəcədə rol oynayıb? APA-nın fəaliyyətinin hansı məqamlarında müstəqilliyinizin məhdudlaşdırıldığını hiss edirsiniz?
Vüsalə Mahirqızı: Ümumiyyətlə, mətbuatın iqtisadi müstəqilliyi çox nisbidir, çünki media son dərəcə kapital tələb edən bir sahədir. Xəbər maliyyəni sevir. Xəbərin birinci sənə verilməsini, tez verilməsini, bütün xəbərin verilməsini və hər şeyin səndə olmasını istəyirsənsə, mütləq bunun üçün pul qoymalısan. Yaxşı pul verəcəyin təqdirdə yaxşı xəbər səndə olacaq və yaxşı xəbər səndə olacağı təqdirdə sən pul qazanacaqsan. Media kapital qoyub, kapital götürməyi sevən sahədir.
Eyni zamanda, media dünyanın hər yerində, o cümlədən, Azərbaycanda da strateji bir vasitədir. Parlament, hökumət, Azərbaycana gələn beynəlxalq təşkilatlar, diplomatik korpus, müxalifət, bir sözlə hamı medianı müzakirə edir, mediadan danışır. Və nəhayət, media da medianı müzakirə edir. Deməli, media bu ölkədə son dərəcə strateji əhəmiyyət daşıyır və dünyanın hər yerində belədir. Buna görə də mediadan güclü olanlar həmişə istəyəcəklər ki, ona siyasi nəzarət eləsinlər.
Bizdə problem ondan ibarətdir ki, media iqtisadi cəhətdən asılıdır. Və iqtisadi cəhətdən asılı olduğuna görə də hansı iqtisadi dairəyə bağlıdırsa, həmin dairənin siyasi maraqlarına cavab vermək zorundadır. Amma bu məsələ informasiya agentlikləri və televiziyalar üçün qəzetlərdən daha rahatdır. Əgər normal və ağıllı idarəetmə sistemi qurmasaq, məsələn deyək, 500-ə qədər abunəçimiz var, biz onların ancaq 100-150-ni APA-nın abunəçisi kimi saxlaya bilərik, digər hissəsini mütləq itirəcəyik. “Siz yalnız hökumətin və ya yalnız müxalifətin maraqlarına cavab verirsiniz, biz sizi almırıq” deyərlər. Azərbaycanda diplomatik korpusun çox önəmli hissəsi APA-nın abunəçisidir. Əgər biz siyasi xəttimizi sırf hökumət və ya müxalifət yönümlü qursaq, bu qətiyyən onların maraqlarında olmayacaq və onlar bizi almayacaqlar.
İlhamə Qasımlı: Mənə maraqlıdır, hansı məqamlarda sizin hökumət yönümlü mövqeyiniz özünü büruzə verir? Mən də razıyam ki, APA-ya baxanda iqtidar yönümlü olduğu o qədər də hiss olunmur.
Vüsalə Mahirqızı: Mən heç vaxt o fikirləri qəbul etməmişəm ki, biz hökumət yönümlüyük. Biz heç kim yönümlü deyilik. Azərbaycanda bu gün özünü müstəqil hesab edən 2-3 media orqanı varsa, mən iddia edirəm ki, onlardan biri və birincisi APA-dır. Çünki biz prezidentin tədbirlərini də, hüquq-mühafizə orqanlarında baş verənləri də, müxalifət nümayəndəsinin mövqeyini də eyni məmnuniyyətlə işıqlandırırıq. Və biz burada heç vaxt fikirlərimizi ortaya qoymuruq, qarşı tərəfin mövqeyini veririk. Müxalifət nümayəndəsi durub deyirsə ki, onu ölümlə hədələyirlər, biz bunu yazırıq, amma o yazıya öz şərhimizi vermirik. Biz buna görə konkret heç kimi hədəfə almırıq. Bunu heç vaxt da etməyəcəyik. Çünki bu bizim işimiz deyil. Eyni zamanda bu gün Azərbaycan mediasının bir hissəsi də hökumətin təmsilçisi kimi çıxış edir. Mən Azərbaycanda medianın təmsilçisiyəm və heç kim, heç bir siyasi qüvvə qarşısında elə bir öhdəliyim yoxdur ki, onun əvəzinə mübarizə aparmalıyam. Xəbər varsa, yazılacaq.
İlhamə Qasımlı : Mən müşahidə edirəm ki, agentliklər arasında rəqabətdən daha çox aqressiv münasibət, düşmənçilik mövcuddur. Bir-birini ittiham edirlər və qəbul eləmirlər. Bu, sizin üçün problemdirmi?
Vüsalə Mahirqızı: Yox, Azərbaycan mətbuatında elə bir adam yoxdur ki, mən deyim, onu qəbul eləmirəm. Əməkdaşlarımıza da tövsiyə edirəm ki, bizim münasibətlərimiz çox normal olmalıdır. Mənim şəxsən bütün agentliklərin direktorları ilə münasibətlərim son dərəcə normaldır. Amma söhbət fırlanıb gəlir peşəkarlıq məsələsinə, Agentliklərin başında duran adamlar xəbəri bilən və bu sahənin adamları olsa, sizin dediyiniz məsələləri yoluna qoymaq asan olar. Çox təəssüf ki, bizdə çox fərqli peşələrdən gəlmiş adamlardır. Onların iddiaları bir az fərqlidir. Yəni hər kəs özünü çox böyük hesab edir.
Bəlkə də bu, bir tərəfdən yaxşıdır. Çox yaxşı rəqabət mühiti yaranır. Əslində, sizə deyim ki, Azərbaycanda agentlik sektorunda inkişafın əsas səbəblərindən biri budur ki, bu sektorda çox ciddi rəqabət var. Hamı özünü birinci hesab edir və təbii ki, birinci olmaq uğrunda yarış başlayır. Amma razıyam ki, əməkdaşlıq münasibətlərində xoşagəlməz mühit, təəssüf ki, var. Ən qəbul etmədiyim şeydir ki, bir media orqanının rəhbəri özünü böyük göstərmək üçün deyir: “Mən, ümumiyyətlə, başqasının yazdığını oxumuram”. Bu, çox böyük eyibdir. Media orqanının rəhbəri kimi, mən hər şeyə baxıram, bütün portalları oxuyuram, hamını da özümə rəqib hesab edirəm. Bu mübarizə sağlam yollarla, dostcasına aparılmalıdır.
Sevinc Osmanqızı: Xarici partnyorlarınız varmı?
Vüsalə Mahirqızı: Təbii, BBC, “Azadlıq” radiosu abunəçimizdir, “Əl-cəzirə” ilə münasibətlərimiz yaxşıdır. “Cihan” xəbər agentliyi, “Anadolu”, TRT - bunlardan bəziləri bizim abunəçimizdir, bəziləri ilə qarşılıqlı xəbər mübadiləsi aparırıq. Regionun, məsələn, Gürcüstanın, Rusiyanın agentlikləri var ki, onlar bizim xəbərlərdən gen-bol istifadə edir. Bizim ölkəmizdə olan hansısa agentliyin xəbərlərini dünyanın tanınmış agentliklərinə çox böyük qiymətlərlə satması və yaxud burada çox böyük beynəlxalq agentlik yaradılması çətindir. Kim bunu deyirsə, çox böyük illüziyaya qapılır. Azərbaycanda yalnız Qafqazın böyük agentliyini yaratmaq olar. Bizim siyasi və strateji mövqeyimiz bundan artığına imkan vermir.
Bir müddət əvvəl Türkiyənin “Cihan” xəbər agentliyinin Pazarlama müdiri yanıma gəlmişdi. O mənə bəzi rəqəmlər dedi. Deyir, İstanbulun özündə Türkiyənin tanınan 30 TV-si onların abunəçisidir, hətta birinin qiymətini də açıqladı ki, CNN Türk onlara hər il 100 000 dollar verir və bu cür 30 abunəçiləri var. Biz bu dəqiqə Azərbaycanda ən çox abunəçisi olan agentliyik, amma bununla belə çox çətindir. Bizim saytda olan reklamlara çox böyük ehtiyacımız var. Məsələn, bu gün biz Azərbaycanda bir ay ərzində qəzetlərə təxminən 3000-4000 xəbər veririk. Biz xəbərimizin birini 1 dollardan hesablasaq, qəzetlər bizə 3000-4000 dollar verməli olar. Hansı ki, bu bəzi qəzetlərin aylıq xərcidir. Yəni, haradandır qəzetlərdə o qədər pul ki, onu da bizim bülletenlərə versinlər.
Sevda Güləhmədova: Maraqlıdır, sizə borclu qalan çoxdurmu?
Vüsalə Mahirqızı:O qədər. Qəzetlər çox borclu qalır. Təbii ki, işimizi diplomatik korpus, iqtisadi şirkətlər və dövlət orqanları üzərində qurmuşuq, yoxsa tamamilə məhv olmaq mümkündür. Mən əslində onları başa düşürəm. Dediyim kimi, ölkədə həftəlikdən tutmuş gündəlik qəzetlərə qədər bütün qəzetlər - müxalifət, iqtidar, müstəqil - bütün media bizim abunəçimizdir. Biz yoldaşıq, həmkarıq, telefon açıb bildirirlər ki, problemləri var və s. Məsələn, belə olmuşdu ki, biz qəzetə 5-6 ay informasiyanı pulsuz vermişdik ki, sonra ödəsinlər.
Sevda Güləhmədova: Etimadı qoruyub saxlamaq üçün nə edirsiniz?
Vüsalə Mahirqızı: Qarşılıqlı etibarı itirməmək və özünə çox arxayınlaşmamaq. “Biz liderik, bu bazarı nəzarətdə saxlayırıq” deyib, əlimizi qulağımızın dibinə atıb yatmamaq. Bu iki şey məni qorxudur. Buna görə mən özüm də, rəhbərlikdə təmsil olunan insanlar da bilavasitə tələb edirik ki, xəbər mümkün qədər tez, dəqiq və hərtərəfli yazılmalıdır. Çünki mən digərlərindən fərqimizin və uğurumuzun nədən ibarət olduğunu bilirəm. Mənim əsas məqsədlərindən biri etimadı itirməməkdir. İnsan ağzından çıxan sözü 5-10 dəqiqə sonra sənin İnternet səhifəndə oxuya bilmirsə, yaxud tamam fərqli şey oxuyursa, onun sənə etimadı qalmayacaq. Bu, çox ciddi problemdir.
İlhamə Qasımlı: Əgər müsahibin dediyi başqa cür yazılırsa, nəticə nə olur?
Vüsalə Mahirqızı: Nəticə o olur ki, müsahibin fikrini təhrif edən jurnalist birinci dəfə maaşı kəsilməklə cəzalandırılır. Əgər ikinci dəfə bu halı təkrar edirsə, o daha APA-da işləmir.
İlhamə Qasımlı: Bütün hallarda sübut olunurmu ki, bu, jurnalistin günahıdır?
Vüsalə Mahirqızı: Təbii. Redaksiyadan istənilən yerə edilən zəng qeydə alınır. Müxbir deyirsə ki, mən səsi diktofon lentinə yazmamışam, yenə də günah müxbirindir. Çünki onlara tapşırılıb ki, bütün danışıqlarını yazsınlar. Telefon, diktofon, hamısı redaksiyanın hesabına təmin olunur. İstənilən vaxt istənilən müxbir audiokaseti arxivə verib, yeni kaset götürə bilər. Ehtiyatda ən azı 50 boş kaset var ki, istənilən vaxt istifadə olunsun.
Bir neçə belə insident olub. Məsələn, bir dəfə mənim çox hörmət etdiyim baş redaktor həmkarlarımdan biri müsahibəsinin təhrif olunduğunu iddia edirdi. Amma mən müsahibəni ona dinlətdirdim və o, sözbəsöz qulaq asaraq gördü ki, müsahibəsi təhrif olunmayıb.
İlhamə Qasımlı: Vüsalə xanım, Mətbuat Şurasının ilk qurultayında Təşkilat Komitəsinin üzvü olmusunuz, amma İdarə Heyətinə seçilə bilmədiniz. Mətbuat Şurasında qadınların təmsilçilik imkanlarının genişlənməsi üçün nə isə etmək fikrindəsinizmi?
Vüsalə Mahirqızı: Ondan başlayım ki, birinci qurultayda mənim Mətbuat Şurasının İdarə Heyətinə düşə bilməməyimin səbəbi, mən bunu həmişə açıq demişəm, o vaxt “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olmağım və o qəzetin bir çox dairə tərəfindən qəbul olunmaması idi. Ortada heç bir qadın-kişi prinsipləri yox idi. Mətbuat Şurasının İdarə Heyətində Nizamnaməni müzakirə edəndə, mən tək xanım idim. Təşkilat Komitəsinin 15 üzvü vardı. Kvota məsələsi ortaya çıxdı və mən etiraz elədim ki, kvotanı zəif, gücsüz, hüququ olmayan zümrəyə verirlər. Azərbaycanda mətbuatın əziyyətini, qara işini xanımlar daha çox görürlər. Mən ona o vaxt etiraz elədim, amma sonra Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə dedim ki, mən burada Azərbaycan kişilərinin mentalitetini nəzərə almadım, gərək çox bərk dayanaydım ki, Siz xanımlara kvota verəsiniz.
Sevinc Osmanqızı: Bu dəfə bunu edəcəksinizmi?
Vüsalə Mahirqızı: Bəli, bu dəfə təklif edəcəyəm ki, xanımlara kvota ayrılsın. Təkcə Mətbuat Şurasında deyil, bütün sahələrdə belədir. Şərq qadınları, xüsusən də Azərbaycan qadınları son dərəcə çalışqan, əzmkardırlar. Çox təəssüf ki, bizim kişilər prinsipial məqam gələndə, nəinki bir yeri xanımlara qurban vermir, çox balaca bir yerin üstündə mübarizəyə qalxırlar. Amma mən indiyə qədər öz karyeram dövründə hansısa xanımın belə mübarizəyə əl atdığını görməmişəm. Xanımlarda bəzən qısqanclıq olur, amma bu, heç vaxt etik və mənəvi baxımdan qəbul olunmayan üsullarla aparılan mübarizəyə çevrilmir.
Sevinc Osmanqızı: Vüsalə xanım, siz Ucarın Lək kəndində anadan olmusunuz. 29 yaşınız var. Paytaxtda Azərbaycanın aparıcı mətbuat orqanlarından birinin təsisçi-direktorusunuz. Bu, qadın üçün çox parlaq karyeradır. Bu yolu mümkün edən həlledici məqamlar, sizcə, hansılar olub?
Vüsalə Mahirqızı: Mən həmişə çox razı olmuşam ki, qarşıma xeyirxah insanlar çıxıb. Amma mənim üçün ən həlledici məqam, hesab edirəm ki, ailəmin təsiridir. Xüsusilə valideynlərimi vurğulamaq istəyirəm. Babam Əlisahib Abışov rayonda çox tanınmış adam, respublikanın əməkdar müəllimi olub. Bizim ailəmizdə oxumamaq ayıb sayılıb. Mən evin birinci uşağı, babamın ən böyük nəvəsi idim. Mənə xüsusi bir sevgisi var idi. Eyni zamanda ailədə oxumamaq, öyrənməmək eyib sayılırdı. Bizdə indiyə qədər olmayıb ki, kimsə məktəbi qurtarsın, ali məktəbə qəbul olmasın. Bütün ailəmiz müəllim ailəsidir, bircə atam mühəndisdir. Anam da müəllimədir. Müəllimlərin maaşı onsuz da həmişə aşağı olub. O vaxt lap pis idi, dörd uşaq saxlamaq çox çətin idi. Sovet İttifaqı yeni dağılmışdı, atam işsiz qalmışdı. Zavodda baş mexanik işləyirdi, müavin idi. Sonra zavod dağıldı, hər şey bağlandı. Çox ağır idi vəziyyətimiz. Yadımdadır ki, kağızları kəsirdik, tikirdik, dəftər düzəldirdik özümüzə...
Bir neçə dəfə mətbuatda mənim haqqımda yazıblar ki, “dünən kənddən gələn” və s. Amma mən bunları deməkdən heç vaxt utanmamışam. Mən universitetə çox ağır vəziyyətdə daxil olmuşam. Anam bizi ali məktəbə hazırlaşdırmaq və çətin günlərdə dolanışığımız üçün bütün qızıllarını satmışdı, yalnız nişandan yadigar bir boyunbağısı qalmışdı. Məni universitetə imtahan verməyə gətirmək üçün o boyunbağını aparıb 24 manata satdı, onun 6 manatına evə un aldı, qoydu evdəkilər üçün, qalanını yol pulu edib, məni Bakıya imtahan verməyə gətirdi. O vaxt qohumlarımızın bəziləri buna qarşı çıxırdılar. “Bu vəziyyətdə niyə aparırsınız oxumağa” deyirdilər. Anam deyirdi ki, mən bunu aparmaya bilmərəm. Fərqlənmə ilə bitirmiş uşaqdır. Testdir, özü verəcək. Ən azı bunun günahı mənə bəsdir. Doğrudan da, gəldim və ən yüksək balla BDU-nun filologiya fakültəsinə qəbul olundum.
1-2-ci kursda oxuyanda, dolanmaq üçün özümdən yuxarı kurs tələbələrinə kurs işi yazırdım. Bir neçə nəfərlə bir yerdə kirayə qalırdıq. “İnşaatçılar” metrostansiyasının yanında yaşayırdım. Bəzən pulum olmayıb, bilmişəm ki, anam axşamüstü rayondan gələcək, təxminən bir neçə kilometr yolu piyada getmişəm. İndi mənim bir neçə qrup yoldaşım müxbir işləyir, onlar da təsdiqləyə bilərlər.
Çox ağır şəraitdə oxumuşam. Anam çatdıra bilmirdi, atam qazanc dalınca Rusiyaya getmişdi, bacım universitetə hazırlaşırdı. Buna baxmayaraq, hamımız bilirdik ki, bunlar bizim oxumağımıza maneə ola bilməz. Bu, dəyişməz prinsip idi. Həyatım boyu minnətdar olacağam və fəxrlə deyəcəyəm ki, atam iki diplomunu evdə qoydu, məhz bizi oxutmaq üçün daş atdı, ustalıq etdi. Bu gün də mən məhz bunun bəhrəsini görürəm. Bir valideyn övladı üçün nə edə bilərdisə, valideynlərim bunu çox artıqlaması ilə bizə ediblər. Atam həmişə deyirdi ki, evdə 4 diplomu var, deməli, 4 maşını var. Bizə diplom verdi, oxutdurdu. İndi də düşünürəm ki, karyeramın bu qədər uğurlu olmasında bu çətinliklərin çox böyük rolu olub. Çünki mən bilirdim ki, vaxtım yoxdur, özümü doğrultmalıyam. Hesab edirəm ki, indi bir çox yaşıdlarımdan çox qabaqdayam. Bəlkə də, çətinliklər olmasaydı, rahatlıq olsaydı, düşünərdim ki, hər şey var, heç nə eləməyə gərək yoxdur. Amma düşünürdüm ki, özümü, ailəmi qurtarmalıyam, məndən sonra gələnlər üçün şərait yaratmalıyam. Mənim ən böyük xoşbəxtliyim ondadır ki, gördüyüm işi, xəbəri sevirəm. Özümü başqa yerdə təsəvvür edə bilmərəm. Çox xoşbəxtəm ki, bacardığım və sevdiyim işlə məşğulam.
İlhamə Qasımlı: Ailəniz sizinlədirmi?
Vüsalə Mahirqızı: Valideynlərim buradadır. Atam inşaat firmalarının birində işləyir. Qardaşım da oxuyub qurtarıb, işləyir. Bacılarım da burada ailə qurublar, müəllimədirlər. Özüm artıq ailə qurmuşam, bir qızım var.
Sevinc Osmanqızı: Bəlkə də, tezdir bunu soruşmaq. Həyatda ən böyük arzunuz nədir? Yəqin ki, APA ilə kifayətlənməyəcəksiniz.
Vüsalə Mahirqızı: Xeyr, APA ilə kifayətlənmək istəmirəm. Böyük bir Media Holdinq yaratmaq arzusundayam. APA-nı yaşatmaq, əbədi eləmək istəyirəm. Bəzən xarici ölkəyə gedəndə, sizi aparırlar 150 yaşı olan bir qəzetə. Bu qəzetin ilk qurucularından heç kim yoxdur, amma qəzet yaşayır, tarixi var. Mən istəyirəm ki, Azərbaycanda da tarixi olan media orqanları olsun, onların sırasında mənim özülünü qoyduğum şirkət də yer alsın. Biz APA-nı bu ümidlə qurmuşuq. Məndən 4 il əvvəl soruşsaydılar, APA-nın bu qədər sürətlə irəliləyəcəyinin, populyar olacağının proqnozunu verə bilməzdim. Amma deyə bilərdim ki, APA-nın özülünü Azərbaycan mətbuatının tarixində yaşayacaq mətbuat orqanı kimi qoymuşuq. İstəyirəm ki, APA ölümsüzləşən mətbuat orqanlarından birinə çevrilsin. Baş redaktorlar, rəhbərlik, bunlar hamısı şərti şeylərdir. Ən böyük arzum odur ki, Azərbaycanda yaratdığım qurumun uzun tarixi və inkişaf yolu olsun.
“Women”™s Media Watch”
Azərbaycan Qadın Jurnalistlər Birliyi
www.wmw-az.org

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir