Azərbaycanda dələduzluqla məşğul olan 4 nəfər tutulub

Azərbaycanda dələduzluqla məşğul olan 4 nəfər tutulub
# 16 iyun 2014 09:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda axtarışda olan 4 nəfər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1970-ci il təvəllüdlü Əhməd Alyarsoy tutulub.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1990-cı il təvəllüdlü Seyfəddin Ramazanov tutulub.

Paytaxt ərazisində dələduzluqla məşğul olan iki nəfər tutulub. Nizami 25-ci Polis Bölməsinin və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Kamal Mehdiyev və 1972-ci il təvəllüdlü Azər Həsənov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR